Politoloq: “Şəxsi ambisiya ilə çıxış edirlər” AÇIQLAMA

Politoloq: “Şəxsi ambisiya ilə çıxış edirlər” AÇIQLAMA

"Müstəqillik tarixi dövrü ərəfəsində partiyaların ölkəmizin siyasi həyatında əhəmiyyətini araşdırarkən belə qənaətə gəlirəm ki, hadislərin inkişafı və siyasi proseslərin gedişində şəxsiyyətin rolu partiyaların fəaliyyətindən yüksəkdə dayanıb. Siyasi təşkilatlar əsasən bu partiyanın qurucusunun monopoliyasına çevrilib. Bu monopoliya müxalifət partiyalarında daha qabarıqdır". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, hakimiyyətdə olan partiyanın siyasi fəaliyyətində stabillik olması səbəbindən bu şərt onlara şamil edilmir: "Partiyaları özününkləşdirən müxalif siyasətçilər hər seçkiöncəsi birliklər və bloklar yaradaraq öz zəif sosial bazalarını toplamağa cəhd etsələr də konkret nəticə əldə edə bilmirlər. Son 20 ildə Azərbaycan siyasi səhnəsində onlarla birliklər və bloklar yaradılıb. Bu birliklər əsasən seçki ərəfəsində yaransda da seçimlərdən dərhal sonra bir-birilərini xəyanətdə günahlandıraraq yenidən ayrılmalı olublar. "SİDSUH", "DUH", "Azadlıq", "Qarabağ" , "Milli Şura" və s. kimi blokların aqibətlərinin eyni olması da göz qabağındadır. Bu blokların müvəqqəti olmasının əsas səbəbi isə müxalifət liderlərinin birinin digərinə güzəştə getməməsi ilə bağlıdır. Bu da ondan irəli gəlir ki, müxalifət liderləri dövlətçilik maraqları ilə deyil, şəxsi ambisiya ilə çıxış edirlər".

V.Əfəndiyev əlavə edib ki, Pənah Hüseyn və Sərdar Cəlaloğlunun yeni birlik yaradılması təklifi çıxış etməsi də bu qəbil cəhdlərdəndir: "Əvvəla onu qeyd edim ki, əgər belə bir təklif reallaşrsa , bu yenə də müxaliflərin bir hissəsini əhatə edən birlik olacaq. Bu birlikdən kənarda qalanlar isə qarşı tərəfi müxalifəti parçalamaqda ittiham etməkdə davam edəcək. Müxalifətin böyük mənada birləşməsi və sona qədər davam etməsi günün reallığını əks etdirmir".

Bütün xəbərlər Facebook səhifəmizdə