"İnanmıram ki, bu gün Türkiyə-Rusiya müharibəsi başlaya bilər. Çünki indiyədək bundan da ağır hadisələr olub. Ona qalsa Rusiya çoxdan müharibəni başlatmalı idi. Rusiya bu müharibəni başlada bilməz". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ekspertin sözlərinə görə, Rusiya özü də başa düşür ki, onun indi ata biləcəyi addımlar özünə ziyan gətirə bilər: "Bu gün Türkiyə sıradan bir ölkə deyil. O, NATO-nun aparıcı dövlətlərindən və silahlı qüvvələrindən birinə malikdir. Digər ölkələrdən fərqli olaraq Rusiyanın imkanları da yetərincə olmayacaq ki, NATO-nun özünün tam hüquqlu üzvü olan Türkiyənin təpkisi qarşısında duruş gətirsin. Rusiya artıq vəziyyətlə barışmalıdır. O, bundan sonra atacağı addımlarda son dərəcə diqqətli olmalıdır. Çünki hesab edirəm ki, bu vəziyyətin yaranmasının günahkarı Türkiyə deyil, əksinə Rusiyadır. Ona görə ki, öz sərhədlərindən min kilometrlərlə uzaqda belə bir əməliyyatı həyata keçirən ölkə düşünməli idi ki, onun silahlı qüvvələri istənilən an itki ilə üzləşə bilərlər. Yəni bundan faciə düzəltmək lazım deyil. Sadəcə olaraq ondan nəticə çıxarmaq lazımdır ki, gələcəkdə belə xoşagəlməz hallar birdə baş verməsin. Bu hadisələrin baş verməsi əslində Rusiyanı bir qədər də gözdən salır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB