Politoloq: “Yeni tərkib onlardan olan gözləntiləri doğruldacaq” AÇIQLAMA

Politoloq: “Yeni tərkib onlardan olan gözləntiləri doğruldacaq” AÇIQLAMA

"Milli Məclisin yeni seçilmiş tərkbini təbrik edir və işlərində uğurlar diləyirəm. Qanunverici orqanda və beynəlxalq təşkilatlarda ölkəmizə, dövlətimizə və cənab Prezidentə layiq xidmət göstərmələrini arzulayıram". Bunu SİA-ya Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Milli Məclisdə demokratik qanunların qəbul olunması ilə bağlı gözləntilər çoxdur: "Əminəm ki, yeni tərkib onlardan olan gözləntiləri doğruldacaq. İnanıram ki, onlar seçdikləri dairələrin seçiciləri ilə də mütəmadi əlaqədə olacaqlar. Bu il Milli Məclisdə təmsil olunacaq yeni deputatların əksəriyyətini də tanıyıram və əminəm ki, onlar öz bilik və bacarıqlarından yararlanıb ölkəmiz və qanunverici orqan üçün qanunların qəbul olunmasına təşəbbüs göstərəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə