Araz Əlizadə: “Kişi kişi kimi məğlub olmağı bacarmalıdır” AÇIQLAMA
Ötən gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətinə baxılıb. İ.Ağazadə şikayətində seçki dairəsinin 17, 18 və 26-cı məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.
Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, müraciət hazırda qüvvədə olan qaydaların pozulması ilə MSK-ya daxil olub. Ona görə də MSK müraciətə baxılması üçün DSK-ya göndərib.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, qeydə alınmış millət vəkili Araz Əlizadə Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayəti ilə bağlı SİA-ya açıqlamasında deyib ki, kişi kişi kimi məğlub olmağı və kişi kimi qalib gəlməyi bacarmalıdır.
A.Əlizadə bəzi namizədlərin, xüsusilə də sənət aləmindən olan namizədlərin seçkilərdə məğlub olduqdan sonra onlara guya ki, 500 min, bir milyon pul mükfatının təklif olunduğu ilə bağlı məsələyə də münasibət bildirərək deyib: "Mən heç vaxt yemədiyim xörəyin dadından danışmıram. Çünki mən məğlub olmamışam".
Xatırladaq ki, Azərbaycan Respublikasında 1 noyabr 2015-ci il tarixində Milli Məclisə 5-ci çağırış seçkilər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB