Qazaxıstanda MDB ölkələri çərçivəsində operatorlar arasında qiymətlərin tənzimlənməsi və bir formaya gətirilməsi ilə bağlı müzakirələr olunub. Orada İmzalanan saziş ümumi formanı əhatə edir". Bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov söyləyib.
Nazir müavini bildirib ki, Azərbaycan hər dəfə belə məsələlərlə qarşılıqlı qaydada dövlətlərlə ayrılıqda ikitərəfli danışıqlarda qiymətlərin endirilməsini təklif edir. Bu saziş çərçivəsində ümumi müddəaları nəzərə alınmaqla qiymət məsələsinə konkret olaraq ölkələrin operatorları ilə ikitərəfli qaydada razılaşdırmaqla məsələlərə baxılır. Bununla bağlı Rusiya ilə uzun müddətdir müzakirələr aparılır. Düşünürəm ki, "BakuTel 2015" çərçivəsində belə bir sənəd imzalanacaq. Digər Orta Asiya respublikaları ilə danışıqlar gedir və onlarla da müzakirələr olacaq. Hesab edirəm ki, yaxın vaxtlarda sözügedən saziş çərçivəsində bir çox istiqamətlərdə qiymətlərin endirilməsinə nail olacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB