"İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Münaqişə tərəfi Azərbaycan – Həqiqətlər və Reallıqlar" layihəsi zamanı rəsmi səfərdə olan dr. Şahid Qureşi layihə ilə bağlı "The London Post"da məqaləsini dərc etdirib.
SİA-nın məlumatına görə, məqalədə deyilir ki, erməni liderləri insanlığa qarşı törətdikləri soyqırım və cinayətlərə görə mühakimə olunmalıdırlar.
http://thelondonpost.net/armenian-leaders-must-be-put-on-trial-for-genocide-and-crimes-against-humanity/
Şahid Qureşi bildirir: "Azərbaycan Xarici İşlər Nazirliyində baş tutan konfransda Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri, dövlət sözçüsü Hikmət Hacıyevə belə bir fikir söylədim: "Şəkərsiz çayı nə qədər qarışdırırsan qarışdır, heç vaxt şirin olmayacaq. Sizin Dağlıq Qarabağ məsələsində də vəziyyət eyni ilə belədir".
Mən ona BMT-nin xüsusilə müsəlman ölkələrinə qarşı, faydasız orqan olduğunu söylədim. O, Şərqi Timor və Cənubi Sudan problemini həll etməkdə olduqca çevik olsa da, üzv dövlətləri və eləcə də, insan hüquqlarını qorumaqda acizdir. Bu, məhz üzvlər arasında xristianların çoxluq təşkil etdiyi ölkələr olmasından irəli gəlir. Bu da 1.5 milyarddan çox əhalisi olan 55-dən çox ölkə arasından veto səlahiyyətinə malik bir dənə belə olsun müsəlman üzvü olmayan Təhlükəsizlik Şurasının işinə gəlir. Kaşmir və Fələstin məsələsi 1948-ci ildən bəri BMT tərəfindən öz həllini gözləyən məsələlərin başında gəlir.
1993- cü ilin aprel və noyabr aylarında BMT Təhlükəsizlik Şurası işğalçı erməni qüvvələrinin Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etdi. Rusiya Federasiyasından aldığı tam dəstəyə arxalanan Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı göz ardı etdi".
Xarici qonaq deyib ki, Azərbaycanlılar çox sülhsevər insanlardır, bununla belə Gənclər Təşkilatı olan "İrəli" İctimai Birliyinin təşkil etdiyi və fəal gənc rəhbər Mirhəsən Seyidovun sədrlik etdiyi konfransda məhz işğal olunmuş ərazilərin bəzi yerli sakinləri çox qəzəbli görünürdülər və konfrans əsnasında onlar öz ərazilərini qısa müddətdə Ermənistandan geri ala bilmək iqtidarında olduqlarını bildirdilər: "Onlar ermənilər tərəfindən zorla öz dədə-baba yurdlardan didərgin edilib və Azərbaycanın – elə öz ölkələrinin daxilindəcə qaçqına çeviriliblər. Bu məsələyə baxılmadığı təqdirdə Dağlıq Qarabağın azadlığı uğrunda hərəkat baş qaldıra bilər. BMT nizamnaməsinə görə torpaqları xarici qüvvələr tərəfindən işğal olunmuş insanların işğalçı qüvvələr bu əraziləri tərk edənə qədər müqavimət göstərmək və silahlı qurtuluşa başlamaq hüquqları var. Bu Kaşmir, Fələstin, Iraq, Əfqanıstan və Suriya üçün də keçərlidir.
20 avqustda Orxan İsmayılov "The London Post"da "Biz bu konflikti həll edə bilərikmi?" sualını qeyd etdi.
Təxminən 30 ilə yaxındır ki, ermənistan və Azərbaycan münasibətləri Dağlıq Qarabağ problemi həll edilə bilmədiyinə görə son həddə çatıb. Dağlıq Qarabağ hal-hazırda bir zamanlar Azərbaycan mənşəli əhalinin məskunlaşdığı Ermənistanın nəzarəti altındadır. Ermənistan adlanan bu ərazilər vaxtı ilə Azərbaycanın bir hissəsi olmuş daha sonra isə erməni səlahiyyətliləri tərəfindən hücuma məruz qalmış və ilhaq edilmişdir. Bu kritik vəziyyət 1988-ci il 20 fevral Xalq Deputatları Sovetinin sessiyasında DQMV -Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni icmasının nümayəndələri Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə qatılması ilə əlaqədar Azərbaycan SSR Ali Sovetlərinə və erməni Sovet Sosialist Respublikasına ərizə göndərmək qərarına gəldikdən sonra başladı. Bu qərara qarşı dinc nümayişlər zamanı öldürülən 2 gənc azərbaycanlı münaqişənin ilk qurbanları oldu".
1988-1989 - ci illərdə Azərbaycanlılar indi ermənistan adlanan öz doğma yurdlarından çıxmağa məcbur edildilər. Kütləvi deportasiya prosesesində ən az 216 nəfər azərbaycanlı qətlə yetirildi və 1.154 nəfər yaralandı. Nəhayət təxminən 200.000 nəfər erməni qaçqınları Azərbaycana köçməyəyerləşməyə başladı. Bu vaxt Ermənistan SSR Ali Soveti Azərbaycan SSR-nin razılığı olmadan Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında qətnamə qəbul etdi. Bu, Sovet Sosialist Respublikaları Ittifaqının konsitutiyasına zidd idi. Buna görə də 1990-ci il 10 yanvar Moskvada SSRI-nin Rəyasət heyəti Azərbaycan SSR-nin razılığı olmadan Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsinin qeyri-qanuniliyini təsdiq edən Qətnamə qəbul etdi. Amma ermənistan buna məhəl qoymadı.
1991-ci ildə SSRI-nin dağılması və Azərbaycan və ermənistanın daxilindəki siyasi qeyri-sabitlik erməniləri 1992-ci il Xocalı şəhərində Dağlıq Qarabağda yaşayan azərbaycanlılara hücum etməye təşviq etdi. Xocalı Soyqırımı tarixə düşən hadisədə minlərlə Azərbaycan vətəndaşı qətlə yetirildi və əsir götürüldü. Xocalı şəhəri özü isə yerlə-yeksan olundu. Black Garden (Qara Bağ, 2003) adlı kitabında Britaniyalı jurnalist Tomas Xocalının yerlə-yeksan edilməsi ilə bağlı öz fikirlərini söyləyən erməni sahə Komandiri və Ermənistan prezidenti ilə olan müsahibəsini dərc edib. Keçmiş sahə komandiri söyləyib ki, Xocalı hadisəsindən öncə azərbaycanlılar bizə kələk gələ biləcəklərini düşünürdülər. Onlar heç vaxt ermənilərin sivil şəxslərə toxunmayacağını zənn edirdilər. Amma biz bu mifi poza bildik.
1993-cü ildə erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı 6 rayonu işğal etdi. Bu da Azərbaycan torpaqlarının təxminən beşdə bir hissəsinə bərabər idi.
Yerevan rəsmi olaraq Ermənistanın münaqişəyə birbaşa cəlb olunduğunu inkar edir. Amma, bununla belə Ermənistan respublikasının Silahlı Qüvvələrinin Azərbaycana qarşı düşmənçilik fəaliyyətlərinə cəlb olunduğunu təsdiq edən əsaslı sübutlar var. Hələ təkcə sənədləşdirilmiş faktların birində Azərbaycanın Kəlbəcər rayonunda gedən döyüş əməliyyatları əsnasında 555 nömrəli əlahiddə motoatıcı alayının komandirinə və əməliyyat qrupunun rəhbərinə ünvanlanmış içərisində döyüş təlimatları olan müharibə planları var idi. Bu sənəd Ermənistan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi tərəfindən imzalanmışdı.
1994-cü il atəşkəs elan olunmasına baxmayaraq, bir neçə dəfə ermənilər tərəfindən pozuldu. Bəs Beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət bu həllini gözləyən münaqişə barədə nə fikirdədi? Niyə Azərbaycan xalqına və onun ərazi bütövlüyünə qarşı edilən bu ədalətsiziliyə 20 ildən çoxdur ki göz yumulur?
Xarici Işlər Nazirliyində keçirilən mətbuat açıqlamasında qeyd etdim ki, əgər hal-hazırda heç bir şey edilməsə, onlar bu məsələni Beynəlxalq Cinayət Məhkəməsi (ICC), Beynəlxalq Ədalət Məhkəməsi və Avropa Məhkəməsinə qaldıra bilər, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasi ilə bağlı qaydaların dəyişdirilməsinə ehtiyac duyulan zaman isə mütləq qaldırılmalıdır. Bu halda biz cinayəti törədənlərdən-ermənilərdən öz fəaliyyətlərinənin məsuliyyətlərini qəbul etmələrini gözləyə bilmərik. Bununla belə Beynəlxalq Cinayət məhkəməsini səmərəli və effektiv orqana çevirmək üçün qaydalar dəyişdirilməlidir.
Ermənistanın Baş Naziri və Hərbi və sivil rəsmiləri törətdikləri vəhşiliklərə və müharibə cinayətlərinə görə Beynəlxalq Ədalət Məhkəməsində mühakimə edilməlidir. Bunlar yetərli olmadığı təqdirdə:
(a) Azərbaycan Ali Məhkəməsi öz müqəddəratını özü təyin etməlidir və Dağlıq Qarabağ soyqırımı üçün məsul olan şəxsləri açıq mühakiməyə cəlb etməlidir.
(b) Ali Məhkəmənin cinayətlərin Azərbaycan torpağında baş tutduğuna dair yurisdiksiyası var.
(C) Ali Məhkəmə Azərbaycan hökumətinə İnterpola Azərbaycan xalqına qarşı törədilmiş soyqırım və cinayət müharibələrinə cəlb olunmuş erməni liderlərinin həbs olunmasını tələb edən bildirişlər verməyi təklif edir.
Bu məsələ 1 gündə oyunun müqəddəratını həll edə biləcək beynəlxalq səviyyəli oyunçular üçün stolüstü tennis oyununa çevrilib. Bir tərəfdən müxtəlif ölkələrin silah daşıyıcıları Azərbaycana silah və hərbi ləvazimatlar satır. Digər tərəfdən də rəsmilər bildirirlər ki, Rusiya qüvvələri erməni ordusunu dəstəkləyir. Demək olar ki , hər gün itkilərə və yaralanmalara səbəb olan qarşılıqlı atışmalar gedir. Belə ki, canlı münaqişədən söhbət gedə bilər.
2015-ci il 27 oktyabr Press TV-də gedən Debat adlı canlı proqramda söylədim ki, əgər Rusiya həqiqətən də müsəlman ölkələrinə qarşı xoş niyyətlidirsə Dağlıq Qarabağ və Kaşmir məsələlərini həll edilməsinə kömək etməlidir. Proqramın linkinə baxın.
https://www.youtube.com/watch?v=AxlhYQgcIRM
Sonda "İrəli" İctimai Birliyi tərəfindən keçirilən konfransın gənc təşkilatçılarına xüsusilə də, Mirhəsən Seyidov, Orxan Hafizoğlu, Anar Qurbanov, Məhbubə Firuz və bu konfransa öz töhvəsini vermiş digər şəxslərə təşəkkürümü bildirmək istəyirəm.
https://www.facebook.com/profile.php?id=100004328562465&fref=ts
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB