"Ardıcıl olaraq Rusiyada təyyarə qəzalarının olmasına heç də təsadüf demək olmaz. Yəni irəli sürülən versiyalar arasında nasazlıq, ekipajın səhvi və səriştəsizliyi, eyni zamanda terror aktları da göstərilir. Bütün bu versiyalar yoxlanılır". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, təyyarələrin "qara qutu"larının deşifrəsindən sonra bu məsələlərə aydınlıq gələcək: "Bundan başqa, Rusiyanın Suriyada apardığı hava müharibəsinə görə ictimaiyyət əsasən terror hadisəsinin baş verdiyi versiyasını daha çox qabardır və bu təbiidir. Çünki təyyarələrin qəzaya uğradığı ərazilər məhz "İŞİD" və digər terrorist təşkilatların məskunlaşdığı ərazilərə çox yaxındır və uçuş marşrutları da o ərazidən keçir. Bir sözlə müvafiq istintaq hərəkətlərindən sonra dəqiq bir nəticə çıxarmaq olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB