Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 17:00-a olan nəticələrini açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov kütləvi informasiya vasitələrinin diqqətinə çatdırıb ki, saat 17:00-dək seçicilərin 2605948 nəfəri səsvermədə iştirak edib.
Mərkəz rəhbərinin sözlərinə görə, saat 17:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 50,1 faiz təşkil edib: "Ən fəal seçki dairəsi 1 Saylı Şərur-Sədərək Seçki dairəsidir ki, 27596 nəfər seçici səsverib. Bu da 71.8% təşkil edir. Ən passiv ərazi 31 Saylı Suraxanı ikinci seçki dairəsidir. Burada 12458 nəfər seçici səsverib ki, bu da 31.9% deməkdir.
R. Gülməmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikasında 69 faiz, Bakıda 46,3 faiz, digər regionlar isə 50 faiz təşkil edir: "Ölkə üzrə seçici fəallığı 50,1 faiz təşkil edir".
Qeyd edək ki, səsvermənin başlandığı saatdan indiyə qədər qanun pozuntuları ilə bağlı MSK-ya heç bir müraciət daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB