46 saylı Şirvan seçki dairəsində də seçicilər yüksək fəallıq nümayiş etdirirlər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, saat 10:00 radələrinin olmasına baxmayaraq 12 saylı seçki məntəqəsinə seçicilər böyük ruh yüksəkliyi ilə axışırlar.
Bundan başqa 2 saylı seçki məntəqəsindədə seçici fəallığı yaşanır. Seçkinin gedişini müşahidə etmək üçün ölkəmizə gələn xarici müşahidəçilər məntəqələrdə səs vermə prosesində hansısa nöqsan qeydə almadıqlarını bildiriblər. Seçicilər istədikləri layiqli namizədə səs verdiklərini bildiriblər. Qeyd edək ki, 40 min 596 seçicinin olduğu dairədə 33 seçki məntəqəsi yaradılıb. 12 seçki məntəqəsində isə VEB kamera quraşdırılıb. Məntəqələr fasiləsiz elektrik enerjisi və rabitə xidməti ilə təmin olunub. Seçici və müşahidələr üçün bütün məntəqələrdə normal şərait yaradılıb. Parlament seçkilərini 556 yerli müşahidəçi izləyir dairə seçki komissiyasının sədri Taleh Ağayevin verdiyi məlumata görə, dairədə 6 namizəd milli məclis üzvlüyünə iddialıdır. Hazırda səsvermə zamanı qanun pozuntularına yol verilməyib.
İqbal Mikayılov









Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB