Bu gün 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil Əliyev seçiciləri ilə görüşəcək. SİA-nın məlumatına görə, Adil Əliyev görüşə sözügedən dairədən namizədliyini irəli sürən Aslan İsmayılovu dəvət edib. Adil Əliyev qeyd edib ki, onda olan məlumata görə Aslan İsmayılov seçicilərlə görüş keçirə bilmir: "Məndə olan məlumata görə, Aslan İsmayılov seçicilərlə görüş keçirə bilmir. Ona görə qərara gəldik ki, heç olmasa bir görüşü bizimlə keçirsin. Bu da bizdən ona seçki hədiyyəsi olsun".
Qeyd edək ki, Adil Əliyevlə görüş bu gün Azərbaycan Kooperasiya Universitetinin qarşısında, saat 16:30-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB