PA rəsmisi: "Tarasov ağlına nə gəldi yazır"

PA rəsmisi: "Tarasov ağlına nə gəldi yazır"

"Tarasovun başı götürdüyü öhdəliyə o qədər qarışıb ki, artıq ağlına nə gəldi yazır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.

"Tapşırıqla "Regnum"a yazanda, heç olmasa, Lavrovun, Roqozinin mövqeyini əks etdirən bəyanatları oxuyaydı. Amma, insafla desək, satılmamışdan qabaq – ortabab fikirlər ortaya qoyurdu, özünü biabır etmirdi"- deyə, PA rəsmisi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə