Baş katib: "Ümumi maraqlarımızı qorumağa davam edəcəyik" AÇIQLAMA
"Azərbaycanın gənclər təşkilatlarını vahid platforma olaraq birləşdirən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının əsas missiyası Azərbaycan gənclərinin səsi olmaq, ölkə maraqlarını istər yerli, istər beynəlxalq səviyyədə qorumaqdır. Bunu nəzərə alaraq, biz öz fəaliyyətimizi ölkə çərçivəsində görülən işlər ilə yanaşı dünyanın bütün qitələrində qurmağa çalışırıq. Üzvü və tərəfdaşı olduğumuz beynəlxalq, regional və milli səviyyəli gənclər platformaları vasitəsi ilə dünyanın 150 yaxın ölkəsinə çıxış əldə edə bilmişik". Bunu SİA-ya ARGTMŞ-nın Baş Katibi Seymur Hüseynov deyib.
Onun sözlərinə görə, son zamanlar müxtəlif qüvvələrin təsiri nəticəsində bəzi beynəlxalq qurumlar tərəfindən Azərbaycana qarşı ritorikanın sərtləşməsinin şahidi oluruq: "Görünür ki, kimlərəsə Azərbaycanda sabitliyi pozmaq tapşırığı verilib və onlar bu sifarişi yerinə yetirməkdədirlər. Bu məqamlar nəinki böyük siyasətdə, eyni zamanda beynəlxalq gənclər əməkdaşlığının qurulmasına, gənclər arasında mübadiləyə və nəticə etibarı ilə davamlı inkişafa, sülhə və mədəniyyətlərarası dialoqa yönəlmiş bəzi beynəlxalq gənclər təşkiltlarında və əməkdaşlıq platformalarında da hiss olunur. Belə ki, biz dəfələrlə erməni lobbisinin, qərb tərəfdən Azərbaycana qarşı yönəlmiş quvvələrin lobbisi ilə üzləşmişik. Onların atdığı addımlar bizi təəcübləndirib və ikili standartların tətbiq olunması məyus edib".
Bu cür halların qarşısını almaq üçün 2 istiqamətdə fəaliyyət göstəririk: "Birincisi atılmış qərəzli addımlara qarşı sərt və dərhal reaksiya, ikincisi isə təbliğat və təşviqat. Bu səpkidə təbliğat və təşviqat istiqamətindən istifadə daha müsbət təsirlərə malik olur. Biz düşmənlərin addım atmasını gözləməməliyik, ilk addımı atmalıyıq. Mövcud olan arenalarda səsimizi yüksəltməli, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmalıyıq. Bu istiqamətdə fəaliyyətimizin qənaetbəxş olduğunu hesab edirik və ümumi maraqlarımızı qorumağa davam edəcəyik. Plutarxın yüzillər öncə söylədiyi kimi: "İşin həqiqəti, düzgün təsvir olunduğu halda sarsılmazdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB