Xarici işlər naziri Elmar Məmmədyarov 25 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti, Serbiyanın sabiq xarici işlər naziri, Beynəlxalq münasibətlər və davamlı inkişaf mərkəzinin prezidenti və "Horizons" jurnalının baş redaktoru Vuk Yeremiç ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB