Məzahir Pənahov: “1127 nəfərin namizədliyi qeydə alınıb”

Məzahir Pənahov: “1127 nəfərin namizədliyi qeydə alınıb”

"Parlament seçkilərində iştirak etmək üçün indiyədək seçki dairələrinə 1283 nəfər müraciət edib. Onlardan 543-ü siyasi partiyalar, 57-si "Azadlıq-2015"seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 680 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.

Sədr bildirib ki, 1127 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib: "Deputatlığa namizədliyini irəli sürənlərdən 1014 nəfər imza vərəqəsi alıb. 270 nəfər artıq imza vərəqələrini qaytarıb. Onların 111-nin deputatlığa namizədliyi qeydə alınıb. Onu da deyim ki, 102 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 10-u qeyri-hökumət təşkilatları, 91-i öz təşəbbüsü, 1-i isə xüsusi icazə əsasında qeydə alınıb".

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri bu ilin noyabr ayının 1-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə