"Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) İtlərin təlim mərkəzinə beynəlxalq status veriləcək. Azərbaycan ilk və yeganə ölkə olacaq ki, regionda təlim mərkəzi statusu ilə fəaliyyət göstərəcək". SİA-nın məlumatına görə, bunu bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə görüşündə bildirib.
DGK sədrinin sözlərinə görə, sabah Bakıda PİKARD konfransı öz işinə başlayacaq: "Builki yubiley konfransında 40-dan artıq ölkədən olan nümayəndələr iştirak edəcək. 200-dən çox nümayəndə qeydiyyatdan keçib".
Aydın Əliyev ötən ildən etibarən Azərbayanda Gömrük Akademiyasına tələbə qəbuluna başlanıldığını da vurğulayıb. O, bu ildən etibarən isə tələbə şəhərciyinin inşa ediləcəyini açıqlayıb: "Burada hazırlanan kadrlar ümumilikdə gömrük sistemi üçün faydalı olacaq. Hazırda Azərbaycan gömrüyü qarşısında böyük məsuliyyət durur. İşimizin əsasını büdcə ödənişlərini vaxtında yerinə yetirmək və ölkənin təhlükəsizliyini qorumaq təşkil edir".
Kineloji mərkəz barədə məlumat verən Aydın Əliyev Azərbayanda təlim keçmiş itlərin Türkiyə, Makedoniya, Kongo, Toqo, Gürüstan və digər ölkələrə hədiyyə edildiyini deyib: "Bu gün Toqo gömrük nümayəndələrinin xahişi ilə 2 təlim keçmiş it onlara hədiyyə ediləcək".
Qeyd edək ki, tədbirin sonunda Anlaşma memorandumu imzalanıb. Memorandumu Azərbayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya imzalayıblar. İmzalanan sənədlə İtlərin səkkizinci Beynəlxalq statuslu Təlim Mərkəzi yaradılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB