"Azərbaycana səfər etməkdən mənmunluq duyuram. Serbiya ilə Azərbaycan strateji müttəfiq dövlətlərdir. Hər iki ölkə arasında iqtisadi, siyasi münasibətlər geniş inkişaf edir və təhsil sahəsinin inkişafı üçün əlverişli zəmin var". SİA-nın məlumatına görə, bunu bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiç azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlardan sonra keçirilən birifinqdə deyib.
ATƏT-in fəaliyyətdə olan sədrinin sözlərinə görə, Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına Serbiyadan 132 nəfər idmançı qatılacaq: "Biz geniş nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəyik. Bu region Avropanın sabitliyi üçün əhəmiyyətlidir. Məhz bunun timsalıdır ki, ATƏT-in fəaliyyətdə olan sədri olaraq Azərbaycana, Gürcüstana və Ermənistana səfər edirəm. Biz eyni zamanda irəliləyişə nail olacayıq. Münaqişənin yeganə həlli sülh şəraitindən keçir. Bunun üçün siyasi iradəyə ehtiyac var. Təəssüf ki, biz tez-tez xəsarətlərin olması haqqında məlumatlar alırıq".
İvitsa Daçiç Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində münaqişə tərəflərinin üzərinə də böyük məsuliyyət düşdüyünü dilə gətirib: "Azərbaycan tərəfinin xahişi ilə Ermənistan hökuməti ilə görüşdə azərbaycanlı iki əsirin tez bir zamanda geri qaytarılması məsələsini qaldıracağam. Serbiya özü münaqişəyə görə çox əziyyət çəkib və Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrini çox yaxşı başa düşür. Serbiyə ölkələrin ərazi bütövlüyü məsələsinə də həssaslıqla yanaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB