Elçin Mirzəbəyli: “Bunların bərabərliyi prinsiplərinə ziddir”

Elçin Mirzəbəyli: “Bunların bərabərliyi prinsiplərinə ziddir”

"Ayrı-ayrı dini qurumların mitinqlərə çağırılması Əli Kərimlinin köhnə adətidir. Əli Kərimli hələ prezident seçkiləri ərəfəsində də Milli Şuraya ayrı-ayrı dini qrupların cəlb olunmasına çalışırdı". Bu sözləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli ayrı-ayrı dini qrupların Milli Şuraya dəvət olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Əli Kərimli hər zaman dövlətimizin konstitusion quruluşuna, qanunvericiliyə bütünlükdə dövlətçilik prinsiplərinə zidd olan bəyanatlarla çıxış edib: "İndiki şəraitdə səsləndirilən fikirlər ilk növbədə Azərbaycanın konstitusiya quruluşuna ziddir. Azərbaycanda din dövlətdən, siyasətdən aralıdır. Siyasi prosseslərdə Azərbaycan qanunvericiliyi dini şüarların səsləndirilməsinə, insanların dini müstəvidə siyasi prosseslərdə iştirak etməsinə imkan vermir. Bu həm də bütövlükdə vicdan azadlığı, insanların qanun qarşısında bərabərliyi prinsiplərinə ziddir. Şübhəsiz ki, Əli Kərimlinin indiki fəaliyyəti digər dövrlərdə olduğu kimi həm Azərbaycan dövlətçiliyinin maraqlarına, həm də qanunvericiliyimizə ziddir. Bu atılan addımlara görə onlara ən azından xəbərdarlıq olunmalıdır. Daha öncə qeyd etdiyim kimi dini amillərin siyasi proseslərdə istifadə edilməsi yanlışdır və qanunla qadağan edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə