Rasim Musabəyov: “Burada əsas qərar yox, onun icrasıdır” AÇIQLAMA

Rasim Musabəyov: “Burada əsas qərar yox, onun icrasıdır” AÇIQLAMA

"Hesab edirəm ki, Belarusun paytaxtı Minskdə Ukrayna, Fransa və Rusiya prezidentləri, həmçinin Almaniya kanslerinin iştirakı ilə "normand dördlüyü" formatında keçirilən sammitin nəticələrinə böyük ümidlər bağlamağa dəyməz". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.

Politoloqun sözlərinə görə, sözügedən sammitdə ancaq qərarlar verilib: "Düşünürəm ki, burada əsas qərar yox, onun icrasıdır. Amma hər halda orada Almaniya kansleri Angela Merkel ilə Fransa prezidenti Fransua Ollandın irəli sürdüyü təşəbbüs müsbət qiymətləndirilir. Məsələnin həllindən danışmaq tez olsa belə, ən azından istərdim ki, Ukraynada qan tökülməyin qarşısı alınsın. Hesab edirəm ki, hələ sanksiyalar gündəlikdə, qüvvədədir. Təkcə sentyabr ayında konkret hərəkatdan asılı olaraq bu məsələ birdə müzakirə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə