Millət vəkili: “Ermənistan Fransanın yolunu azmış kiçik bacısıdır”

Millət vəkili: “Ermənistan Fransanın yolunu azmış kiçik bacısıdır”

"ATƏT-in Minsk qrupu formal, yarıtmaz qurumdur". SİA-nın məlumatına görə, bunu millət vəkili Elman Məmmədov Milli Məclisin bu gün keçirilən iclasındakı çıxışı zamanı deyib.

O bildirib ki, ermənilərin torpaqlarımıza köçürülərək orada dövlət yaratmasında bu quruma daxil olan ölkələrin rolu olub: "Bu quruma daxil olan dövlətlər ermənipərəst mövqedədirsə biz onlardan nə gözləyə bilərik"?

Fransanın sabiq prezidenti Sarkozi bir söz işlətmişdi ki, Ermənistan Fransanın kiçik bacısıdır: "Amma o, az deyib. Deməli idi ki, Ermənistan Fransanın əxlaqsız, tərbiyəsiz və yolunu azmış kiçik bacısıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə