Əli Əhmədov: "Beynəlxalq qurumlara qarşı inamsızlıq yaranıb" MÜNASİBƏT
"Güman edirəm ki, ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilmiş Həsən Həsənovla bağlı Avropa Məhkəməsinə edilən müraciətə və Həsən Həsənovun qətlə yetirilməsi ilə bağlı Kəlbəcər Rayon Prokurorluğunun qaldırdığı cinayət işinə beynəlxalq qurumlar ədalətli yanaşacaq və düzgün qərar qəbul edə biləcəklər". SİA-nın məlumatına görə, bu barədə Baş nazirinini müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini–icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Ə.Əhmədov qeyd edib ki, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indiyə qədər Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə əlaqədar qaldırmış təşəbbüslər beynəlxalq qurumların ikili standartları üzündən bir nəticə verməyib: "20 ildən çoxdur ki, Azərbaycan əraziləri işğal altındadır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və beynəlxalq qurumların qərarlarının olmasına baxmayaraq erməni tərəfi işğal etdiyi Azərbaycan ərazilərini azad etməkdən imtina edir. Belə olan beynəlxalq qurumların qəbul edəcəyi qərarların ədalətli olması və yaxud da ədalətli qərar qəbul edərlərsə belə həmin qərarların yerinə yetirilməsi ilə bağlı azərbaycanlılarda böyük inamsızlıq yaranıb".
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan tərəfi istənilən məsələnin ədalətli həll olunması üçün əlindən gələni edəcək: "Bu prosesin özü Ermənistanın nə qədər təcavüzkar mövqedə dayandığını bir daha bütün dünyaya nümayiş etdirir".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB