2014-cü il 24 noyabr tarixində Qeyri-maddi mədəni irsin qorunması haqqında YUNESKO-nun 2003-cü il Konvensiyasının Hökumətlərarası Komitəsinin 9-cu iclası işinə başlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda ölkəmizin Banqladeş və Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə səylərin artırılmasına dair iki layihənin həyata keçirilməsi üçün təklifi komitə tərəfindən dəstəklənmiş və yüksək qiymətləndirilib. Bu təşəbbüsə görə YUNESKO-nun katibliyi, Komitəninin prezidenti, həmçinin Banqladeş və Qvatemala nümayəndələri Azərbaycana öz təşəkkürlərini bildiriblər.
Maddi yardım Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, YUNESKO və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü və iştirakı ilə Azərbaycan və YUNESKO arasında 2013-cü ildə imzalanmış çərçivə sazişi əsasında təsis edilmiş Etimad Fondu vasitəsilə maliyyələşdiriləcək.
Tədbirdə çıxış edən ölkəmizin YUNESKO yanında Daimi nümayəndəsi Anar Kərimov Azərbaycanın YUNESKO fəaliyyətinə yardımının ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətin inkişafına göstərdiyi xoşməramlı dəstəyinin təzahürü olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB