Akif Nağı: “ATƏT-in vitse-prezidenti də DQ-da qurulan məhkəmənin qondarma olduğunu bəyan etdi”

Akif Nağı: “ATƏT-in vitse-prezidenti də DQ-da qurulan məhkəmənin qondarma olduğunu bəyan etdi”

"Ermənilərin Azərbaycana adekvat cavab verməsi üçün heç bir gücü yoxdur. Onlar Rusiyanın imkanları daxilində nəsə bir şey eləməyə çalışırlar. Rusiya da bu məsələdə passiv görünür. Çünki özünü vəziyyəti gərgindir. Ermənilərin hədələri mənasızdır". Bu fikirləri SİA-ya açıqlamasında "Qarabağ Azadlıq Təşkilatı"nın sədri Akif Nağı bildirib.

Ermənilərin "vertolyota görə Azərbaycana adekvat cavab verəcəyik" bəyanatına münasibət bildirən A. Nağı qeyd edib ki, Ohanyan bu məsələdə bir az iddialı danışdı: "Bunun ardınca isə Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan çox gülməli bir açıqlama verdi: "Bir də belə eləsələr, pis olacaq". Ermənilər heç nə eləyə bilməz. Helikopterdə ölənlərin meyitlərini götürməyə çalışırlar. Heç beynəlxalq təşkilatlar da bu məsələdə onların səsini eşitmir. Azərbaycan da çox düzgün olaraq belə bir şərt qoyub ki, girovlarımızı qaytarsınlar. Azərbaycan hökumətinin gördüyü işlər sayəsində artıq beynəlxalq təşkilatlar girovlarla bağlı məsələyə reaksiya verirlər. ATƏT-in vitse-prezidenti də bəyanatla çıxış etdi ki, Dağlıq Qarabağda qurulan məhkəmə qondarma məhkəmədir".

Bütün xəbərlər Facebook səhifəmizdə