"Atəşkəsə dair sazişin imzalanmasından indiyədək Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində itkilərin baş verməsi ABŞ-ı çox məyus edir".
SİA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar erməni kəşfiyyat-diversiya qrupunun mayın 21-dən 22-nə keçən gecə cəbhənin Füzuli rayonu ərazisində, müdafiənin ön xəttində yerləşən Azərbaycanın mövqelərindəki postlardan birinə basqın etməyə cəhdini şərh edərkən deyib.
Onun sözlərinə görə, hər bir ölümlə nəticələn hadisə faciədir: "Bu hadisə bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Dağlıq Qarabağ problemi Azərbaycan üçün böyük ağrıdır. Biz münaqişənin həllinə nail olmaq üçün əlimizdən gələni etməliyik. Bu münaqişənin sülh yolu ilə həlli çox vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB