Azər Həsrət: “Elçin Şıxlının fikirləri mənim üçün anlaşılan deyil” MÖVQE
""Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlının fikirlərini təəccüblə qarşıladım". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Elçin Şıxlının Mətbuat Şurasını adıçəkilən qəzetlərin düşdüyü vəziyyətə biganə qalmasına münasibətini bildirərkən deyib.
Azər Həsrətin bildirdiyinə görə, Mətbuat Şurasının qarşı tərəfin iddiası ilə bağlı edə biləcəyi heç nə yoxdur: "O qeyd edib ki, Mətbuat Şurasından heç kim onunla maraqlanmadığına görə Şuranın üzvlüyündən çıxıb. Mənim tərəfimdən bu ciddi qəbul edilmədi. Çünki Mətbuat Şurasından kimsə ona zəng vursa nə olacaq, vurmasa nə olacaq? Hər hansı qəzetə Mətbuat Şurası maddi yardım etmir ki, o qəzetə də yardım etsin. Mətbuat Şurasının vəzifəsi vətəndaşlarla media arasında ortaya çıxan problemləri məhkəmədən kənar şəkildə həll etməkdir".
İdarə Heyətinin üzvü onu da qeyd etdi ki, Mətbuat Şurasının qurucularından olan Elçin Şıxlının gözləntiləri, bu barədə söylədikləri məni xeyli təəccübləndirdi: "Elçin Şıxlının bütün bunları bilə-bilə bu cür fikirlər dilə gətirməsi mənim üçün anlaşılan deyil".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB