Araz Əlizadə: “Kişi ana müxalifət ola bilməz”

Araz Əlizadə: “Kişi ana müxalifət ola bilməz”

"Eldar Namazov bəlkə cinsini dəyişib, bizim xəbərimiz yoxdur. Kişi ana müxalifət ola bilməz". Bu fikirləri SİA-ya açıqlamasında Eldar Namazovun Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və ATƏT-in Minsk qrupunun fransalı həmsədri Jak Forla görüşünə münasibət bildirən Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib.

Partiya sədri beyib ki, Eldar Namazov özünü ana müxalifət kimi təqdim edirsə, o bilməlidir ki, kişi ana müxalifət ola bilməz: "Eldar Namazov fransızlarla görüşürsə, özünü ana kimi təqdim edirsə və digər tərəfdən, Fransada eyni cinslərin evlənməsinin mümkünlüyünü nəzərə alsaq, bu o deməkdir ki, Eldar Namazovun özünü ana müxalifət kimi təqdim etməsi Fransanın siyasətinə uyğundur. Azərbaycanda demokratik mühit olsa da, buna mənfi baxılır".

Bütün xəbərlər Facebook səhifəmizdə