Prezident İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiya İmperatoru Akihitoya təbrik məktubu ünvablayıb.

Təbrikdə deyilir: "Yaponiyanın milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Yaponiya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Daim genişlənən siyasi, iqtisadi və humanitar əlaqələrimiz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verməkdədir.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin genişlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

İlham Əliyev Akihitoya möhkəm cansağlığı, işlərində uğurlar, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə