Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İrəvanda erməni həmkarı Edvard Nalbandyanla baş tutmuş görüşündən sonra türk jurnalistlərinə açıqlama verib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, nazir bildirib ki, görüş səmimi və mehriban şəraitdə keçib.
Ə.Davudoğlu bu cür görüşlərin mütəmadi keçirilməsinin faydalı olduğunu bildirib. Nazir gələcəkdə görüşlərin keçirilməsinə dair hər hansı razılığın əldə olunması ilə bağlı heç bir açıqlama verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB