İbrahim İbrahimli: "Hamınızı aparıb dənizə tökmək lazımdır"
SİA-ya etibarlı mənbədən daxil olan informasiyaya görə, təxminən saat 11:00 radələrində Müsavatın qərargahının qarşısında əlbəyaxa dava düşüb.
Belə ki, Milli Şuranın üzvü İbrahim İbrahimli müsavatçı dostları ilə söhbəti zamanı İsa Qəmbəri sərt tənqid edib, Milli Şuranın parçalanmasına görə onu qınayıb. Bundan qəzəblənən müsavatçılar isə razılaşmayaraq, onun Əli Kərimliyə satıldığını deyiblər. Nəticədə aralarında dava düşüb, əlbəyaxa olan müsavatçıları ətrafdakı insanların köməyi ilə sakitləşdirmək mümkün olub.
Mənbə bildirir ki, İ.İbrahimli ucadan söyüş söyüb, "sizin hamımızı aparıb dənizə tökmək lazımdır" deyə qışqırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB