ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov Estoniya və Finlandiyadan olan həmkarları ilə ikitərəfli görüşlər keçirib. XİN mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, hüquq-müqavilə bazasının möhkəmləndirilməsi və Aİ-Azərbaycan münasibətləri müzakirə edilib. Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanması yüksək qiymətləndirilib.
Nazir Elmar Məmmədyarov Ermənistan Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqda qarşı tərəfə məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB