Tural Abbaslı: “Asəf Quliyevdən ağıllı fikir gözləmək olmaz”

Tural Abbaslı: “Asəf Quliyevdən ağıllı fikir gözləmək olmaz”

"Milli Şuranın yaranmasında, siyasi quruma çevrilməsində Müsavat Partiyasının rolu danılmazdır. Milli Şura yaransın deyə illərdir əməkdaşlıq etmədiyimiz bəzi partiya nümayəndələri ilə hətta bir stol arxasında oturduq". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının Divan üzvü Tural Abbaslı söyləyib.

Onun sözlərinə görə, Asəf Quliyevin Milli Şuranın dağılmasında Müsavat partiyasını ittiham etməsi iftiradan başqa bir şey deyil: "Bu iftiralar Milli Şura yarandığı gündən davam edir. Müsavat Partiyası Milli Şuraya nə Asəf Quliyevin, nə də ki, onun kimilərinin diqtəsi ilə girməyib. Əgər nə vaxtsa Müsavat Partiyası Milli Şuradan ayrılacaqsa bu özünün qərarı ilə olacaq. Kiminsə ehtimalları, kiminsə sözləri ilə qərar qəbul etmirik. Seçkiyə beş gün qalmış öz partiyasını tərk edən bir adamdan ağıllı fikir, ağıllı bəyanat gözləmək olmaz".

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə