Gələn il Xəzəryanı ölkənin xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək

Gələn il Xəzəryanı ölkənin xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək

Gələn il Xəzəryanı ölkənin xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun 33-cü görüşünün yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu barədə razılıq Bakıda keçirilən Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun 33-cü görüşündə əldə olunub: "Görüş Rusiyada keçiriləcək. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün nazirlər səviyyəsində görüşün keçirilməsi vacibdir. Bu görüş 2014-cü ildə Rusiyada keçirilməsi planlaşdırılan növbəti Xəzər sammitinə hazırlıq prosesində mühüm mərhələ olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə