Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolu istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun açılışında iştirak edib.
Avtomobil yolunun sxematik planı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, uzun illər təmir edilməyən bu yol yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə tamamilə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Yolun yenidən qurulmasına Azərbaycan Prezidentinin 2012-ci il 8 iyun tarixli Sərəncamına əsasən dövlət büdcəsindən ilkin olaraq 4 milyon manat ayrılıb. 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun 26,8 kilometrlik hissəsi yenidən qurulub. Yolun 22,7 kilometrinə 154,8 min kvadratmetr asfalt örtüyü döşənib, 4,1 kilometrində isə torpaq bərkidilib və üstünə çınqıl qatı salınıb.
Bildirildi ki, tikintisi "Lənkəranyol tikinti" ASC tərəfindən aparılan yolun inşasına 2012-ci ilin may ayında başlanılıb, 2013-cü ilin avqustunda başa çatdırılıb. Üçüncü texniki dərəcəli yolun yenidən qurulması zamanı altı körpü təmir olunub, iki suötürücü boru quraşdırılıb.
Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB