Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının konfransı keçirilib
Mayın 30-da Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının növbəti konfransı keçirilib.
YAP Siyasi Şurasının və Mərkəzi Aparatının məsul nümayəndələrinin, rayon rəhbərliyinin, qurumun 75 ərazi təşkilatından seçilmiş 221 partiya üzvünün iştirak etdiyi konfrans partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin xatirəsinin yad olunması ilə başlanıb.
YAP rayon təşkilatının sədri Saleh Məhərrəmovun hesabat məruzəsində təşkilatın əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti ətraflı təhlil edilmiş, qarşıda duran vəzifələrdən bəhs olunub.
Konfransda Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, qazanılan uğurlarda partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar. Natiqlər rayon təşkilatının üzvlərinə bu ilin payızında keçiriləcək növbəti prezident seçkilərində uğurlar arzulayıb, tövsiyələrini bildiriblər.
Konfransın sonunda Yeni Azərbaycan Partiyasının V Qurultayına nümayəndələr seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB