DSMF-da Ümummilli liderin 90 illik yubileyi münasibətilə tədbir keçirilib YENİLƏNİB-FOTO
Bu gün Ümummilli lider, dahi şəxsiyyəti Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, hakim partiyanın Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, DSMF-in sədri Səlim Müslümov, Nəqliyyat naziri Ziya Məmmədov və digər qonaqlar iştirak edib.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov bildirib ki, Ümummilli liderin dövlətçiliyimizin möhkəmləndirilməsi və Azərbaycan xalqının özünə güvəninin, gələcəyə inamının artırılması yönündəki müstəsna xidmətləri ilə bağlı təbii ki, saatlarla danışmaq olar və bunu bir yazıya sığdırmaq faktiki mümkün deyil: "Amma sadəcə, Ulu Öndər Heydər Əliyevin xarizmasını xatırlamaq yetərlidir. Bu, elə Azərbaycan deməkdir! Azərbaycanın böyüklüyü, bütövlüyü deməkdir və bunu düşünəndə adam özünü güclü hiss edir və fəxr edir ki, azərbaycanlıdır. Azərbaycanın bütün uğurları Ulu Öndər Heydər Əliyevin adı və yeritdiyi siyasətlə bağlıdır. Bu, şanlı, şərəf dolu bir tarixdir! İllər, əsrlər, qərinələr keçəcək, dahi Heydər Əliyevin şah əsəri olan Azərbaycanda o, anılacaq, xatırlanacaq, ruhuna dualar oxunacaq. 1993-cü ilin iyununda ölkədə siyasi böhranın son dərəcə kəskinləşməsi zamanı yeganə çıxış yolu Heydər Əliyevin Bakıya siyasi rəhbərliyə dəvət edilməsi idisə, növbəti illərdə o, artıq Azərbaycanın taleyinə çevrilmişdi".
Ulu Öndərin Azərbaycana, Naxçıvana qayıtması və sonrakı hadisələrin xronologiyasından danışan Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov isə deyib ki, müstəqillik əldə olunduqdan sonra məhz bu böyük şəxsiyyətin sayəsində dövlətin öz atributlarına qovuşması ilə bağlı atdığı addımlar, elə həmin illərdə Naxçıvanda gördüyü işlər Azərbaycan dövlətçiliyinin cücərtiləri idi: "Məhz Heydər Əliyevin inamı, inadı, qətiyyəti Azərbaycanı böyük fəlakətlərdən qurtardı. Lakin bütün bunlara, daxili və xarici təzyiqlərə, təxribatlara baxmayaraq, Ulu Öndər Heydər Əliyev zəkası, dönməzliyi və fenomenal dövlət idarəetmə bacarığı sayəsində bu gün bizə çiçəklənən Azərbaycanı ərmağan etdi.
Ümummilli lider Heydər Əliyevin Bakı metropoliteni qarşısında xidmətlərindən danışan Tağı Əhmədov onunla keçirdiyi ilk görüşün xatirəsindən söz açıb. Tağı Əhmədov qeyd edib ki, vaxtilə Sovet rəhbərliyində çalışarkən məhz "Mıtişşi" vaqon istehsalı müəssisəsinin yaradılıb fəaliyyət göstərməsi, onun bir müəssisə kimi özünü təsdiq etməsi və bu gün dünyanın aparıcı metro vaqonu istehsalçısı kimi formalaşmasında Heydər Əliyevin rolu danılmazdır.
Daha sonra Nəqliyyat naziri Ziya Məmmədov, DSMF-in sədri Səlim Müslümov, akademik Qərib Məmmədov çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti üçün gördüyü misilsiz xidmətlərdən danışıblar. Ulu öndərin xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ dövlət təhlükəsizlik orqanı kimi çox sərt rejimli bir strukturda çalışanda belə, milli mənsubiyyəti ilə fəxr edib, qəlbində Azərbaycanın müstəqillik arzularını yaşadıb. Bu arzular Ulu öndərin bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərib.
Tədbirin sonunda Heydər Əliyev "Müstəqil Azərbaycan dövlətinin banisidir" mövzunda gənclər arasında elan olunan müsabiqənin qalibləri mükafatlandırılıb və bir qrup insana YAP-ın üzvülük vəsiqələri təqdim olunub.
Qeyd edək ki, tədbirdən öncə qonaqlar Fəxri Xiyabanı ziyarət ediblər və Ümummilli lider Heydər Əliyevin məzarına əklik və güllər qoyublar. Həmçinin görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB