Millət vəkili Fransaya yollanır

Millət vəkili Fransaya yollanır

Milli Məclisin üzvü Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün martın 10-da Parisə yola düşəcək. Milli Məclisdən SİA-ya verilən məlumata görə, tədbirdə internetə çıxış hüququ, yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri, kiber məkanda təhlükəsizlik, yeni nəsil avropalılar üçün təhsil çağırışları, Avropanın təhlükədə qalan mədəni irsi və digər mövzularda müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə