Seymur Orucov: "Qış məktəbi"ndə gənclərimiz maraqlı təşəbbüslərlə çıxış edəcək"

Seymur Orucov: "Qış məktəbi"ndə gənclərimiz maraqlı təşəbbüslərlə çıxış edəcək"

Fevralın 11-də YAP Gənclər Birliyinin "Qış məktəbi" layihəsi başlayacaq. SİA-nın məlumatına görə, bu barədə yap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, Oğuz rayonunun "Afra" ötelində təşkil olunacaq "Qış məktəbi" 5 gün davam edəcək. Onun sözlərinə görə, layihə çərçivəsində YAP rəhbərliyinin, Milli Məclisin deputatlarının gənclərin qonağı olacağı gözlənilir.

"Layihədə Bakı şəhəri ilə yanaşı bölgələri də təmsil edən 100 gənc iştirak edəcək. "Qış məktəbi"ndə gənclərimiz maraqlı təşəbbüslərlə çıxış edəcək. Belə ki, onlar intellektual yarışlar təşkil etməklə yanaşı sosial şəbəkələrdə iştirak, seçki prosesində fəal iştirak və digər maraqlı təqdimatlarla çıxış edəcəklər"- deyə, S.Orucov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə