"Namizədə qarşı sui-qəsd cəhdi Sarkisyanın kefinə soğan doğramaq üçündür"
"Ermənistanda prezidentliyə namizəd olan Paruyr Ayrikyana qarşı sui-qəsd cəhdi Serj Sarkisyanın kefinə soğan doğramaq niyyəti daşıyır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Ermənistandakı seçki prosesi maraqsız olduğundan, bu seçki prosesinə rəng qatmaq üçün belə bir addım atıblar: "Guya ki, bu ölkədə seçki keçirilir və rəqabət mühiti var. Ona görə də biri aclıq edir, digəri isə cəfəng bəyanatlar yayır. Onu deyə bilərəm ki, orada elə bir namizəd yoxdur ki, Sarkisyana ciddi rəqib olsun və o da həmin şəxsi aradan götürsün".
Millət vəkili həmçinin vurğulayıb ki, orada heç bir mübarizə mühiti yoxdur: "Sui-qəsd cəhdinin yeganə səbəbi Sarkisyanı istəməyən və seçki prosesinə qatılmayan qüvvələrin işi ola bilər. Belə qüvvələr kifayət qədər ciddi və yüksək imkanlara malikdir. Bu qüvvələr bunu etməklə onu qorxutmaq və digər məqsədlər daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB