"İsa Qəmbər Rauf Arifoğluna deyib ki..."

"İsa Qəmbər Rauf Arifoğluna deyib ki..."

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bildirib ki, İsa Qəmbərin namizədliyini irəli sürməsi bir neçə baxımdan ziyanlıdır. O, İctimai Palatada ziddiyyətlərin artıq pik həddə çatdığını da deyib. S.Əkbərin bu açıqlamasından sonra İ.Qəmbər müavinləri ilə görüş keçirərək olduqca aqressiv formada bu məsələdən danışıb.

Etbarlı mənbənin verdiyi məlumata görə, o "Yeni Müsavat" qəzetində S.Əkbərə qarşı kompaniyanın aparılması haqqında R.Arifoğluna tapşırıq verib. Mənbə bildirir ki, İ.Qəmbər həm cəmiyyətdə, həm partiyada, həm də İctima Palatada heç bir nüfuz sahibi deyil: "Ona görə də onun vaxtından əvvəl özünü namizəd elan etməsi siyasi səriştəsizliyindən əlavə, İctimai Palatanın dağılmasına da xidmət edir. İ.Qəmbərin əsas işi-gücü sağlam müxalifətin qarşısını almaq üçün fırıldaqlardan istifadə etməkdir".

Artıq yaxın günlərdə S.Əkbərə qarşı vaxtilə Müsavat-AXCP hakimiyyəti dövründə vəzifələrdə işləyən bir neçə şəxsdən istifadə olunacaq. Belə ki, S.Əkbərin İ.Qəmbərin yanında hansı açıq nöqtələri olubsa, həmin nöqtələr müsavatda yazılacaq. Hətta S.Əkbərə qarşı ittihamların irəli sürülməsi də gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə