Cümşüd Nuriyev: "Müxalifətin seçkidə uduzacağını indidən demək olar"
"Əli Kərimli yerini bilmir"

"İsa Qəmbərin seçkilərdə namizəd olacağını indidən elan etməsi böyük siyasi səhvdir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, indidən başlanan təbliğat üç aydan sonra hamını bezdirəcək: "Bununla da müxalifət seçkidə məğlubiyyətinin əsasını qoymuş olur. "Müsavat" və AXCP arasındakı mübarizəyə gəlincə isə Əli Kərimli hər zaman olduğu kimi yerini bilmir. Əli Kərimli hazırda bir növ xaricdən aldığı tapşırığı icra etməklə məşğuldur. Ümumiyyətlə, müxalifət seçkiyə buket şəklində gedir. Bu da onların məğlubiyyətini labüd edir. Çünki müxalifətin daxilində birlik yoxdur, həm də namizəd olmaq istəyənlərin sayının çox olması və iddiaları məğlubiyyətlərinin əsas təməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə