"Freedom House"un Azərbaycanla bağlı qərəzli hesabatı bizi çox üzür və biz bu iddiaların qeyri-obyektiv şəkildə verilməsinə etiraz edirik. Bunu SİA-ya Gənclərlə iş üzrə ictimai şuranın sədr müavini Gülser Səfərova deyib.
Onun sözlərinə görə, bu tip hesabatlar qeyri-ciddi qəbul edilməlidir: "Azərbaycanın gənclər təşkilatları və bu sahə üzrə çalışan təşkilatalar çox çevik olub, buna öz reaksiyalarını bildirməlidirlər. Azərbaycan daim inkişaf edir və bütün bunlar da göz qabağındadır. Əlbəttə ki, bunu görən digər təşkilatlar və yaxud Azərbaycanı sevməyən bəzi qüvvələr buna qısqanclıqla yanaşacaqlar. Bu tip hesabatların bundan sonra baş verməməsi üçün biz gənclər təşkilatları və bizlə işləmək istəməyən Qeyri-hökümət təşkilatları (QHT) ilə birgə əməkdaşlığa hazırıq. Biz gələn ilin bu günündə və ya iyun-iyul aylarında bir daha belə bir hesabatın olmaması üçün əlimizdən gələni etməliyik. Azərbaycan demokratiyası günü- gündən inkişaf edir və biz gənclər də buna təkan verməliyik".
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB