Müxalifətdə yarpaq tək ayrılmalar baş verir

Müxalifətdə yarpaq tək ayrılmalar baş verir

Bu gün İctimai Palatanın (İP) özündən ayrılmalar artıq mütəmadi hal alıb. Sözü gedən bu qurum çox qısa bir zaman kəsiyində yaranıb. Amma yarandığı gündən etibarən də həmin radikal düşərgənin üzvləri öz aralarında bir fikrə, razılığa, həmrəyliyə gələ bilmirlər. Bunu SİA-ya Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, İP hələ də konkret olaraq öz proqramını, nizamnaməsini, gələcəyə baxışını, konsepsiyasını ortalığa qoya bilməyib: "Xüsusilə də onların arasında son günlər ağac yarpağı tək ayrılmalar bunu deməyə əsas verir. Hesab edirəm ki, bunu böyük bir problemə də çevirmək mənasızdır. Əgər biz demokratiyadan, plüralizmdən danışırıqsa, onda bütün bunlar qaçılmazdır. Burada əsas olan xalqın, milyonların fikridir. Bu gün hər kəs Azərbaycan cəmiyyətini, Yeni Azərbaycan Partiyanın sədri, cənab prezident İlham Əliyevi dəstəkləyir və dövlət başçısının apardığı uğurlu siyasətini daimi müdafiə edir. Belə olduğu təqdirdə digər məsələlər kölgəlikdə qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə