Avrasiya sosial elmlər forumu işə başlayıb

Avrasiya sosial elmlər forumu işə başlayıb

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Dünya iqtisadiyyatının inkişaf paradiqması: bazar və sonrası" mövzusunda Avrasiya sosial elmlər forumu işə başlayıb. SİA-nın məlumatına görə, forumu ADİU, Türkiyənin Hacettepe Universiteti, Qırğızıstan-Türkiyə Manas Universiteti və Xoca Ahmet Yasevi Beynəlxalq Türk-Qazax Universiteti ilə birgə həyata keçirir. Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və digər ölkələrin alimlərinin iştirak etdikləri beynəlxalq tədbirdə mövzu ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

Forum işini oktyabrın 21-də başa çatdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə