"Bəzən bizə təsir göstərirlər”

"Bəzən bizə təsir göstərirlər”

"Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı növbəti danışıqların noyabr ayında keçirilməsi planlaşdırılır". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Onun sözlərinə görə danışıqlar davam edir: "Bu məsələ ilə bağlı danışıqlar heç də asan getmir. Bəzən bizə təsir göstərirlər".

M.Məmmədquliyev həmçinin qeyd edib ki, ikitərəfli danışıqlar üçün də yeni təkliflər nəzərdən keçirilir. Nazir müavinin sözlərinə görə, Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı 7-8 ölkə ilə ikitərəfli danışıqlar aparılması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə