Hillari Klinton: \"Təmas xəttində son günlər baş verən insidentlər ciddi narahatçılıq doğurur\"
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son günlər baş verən insidentlər ciddi narahatçılıq doğurur. SİA-nın xəbərinə görə, bunu Azərbaycana səfərin nəticələri ilə bağlı brifinqdə ABŞ-ın dövlət katibi Hillari Klinton deyib. O, qeyd edib ki, xarici işlər nazirlərinin Parisdə keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni yanaşma təklif ediləcək.
O, təmas xətində baş verən insidentlərdən təəssüfləndiyini bildirib: "Biz tezliklə sülh əldə olunmasını istəyirik. Paris görüşündə münaqişənin həlli üçün yeni yanaşma təklif edəcəyik. Məsələ həllini tapmalıdır. Bu zorakılığa son qoyulmalıdır. Mən Azərbaycan prezidentinə bəyan etdim ki, ABŞ münaqişənin nizamlanması prosesinə kömək etmək üçün əlindən gələn hər şeyi etməyə hazırdır".Qeyd edək ki, iyunun 18-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupu həmsədrlərinin görüşü keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB