Əli Həsənov: \"Ermənistanı təmsil edən insanlar qeyri-konstruktivdir və qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış edir\"
Ermənistan militarist siyasət yürüdür, başqa ölkələrlə münaqişəli vəziyyət yaradır və bütövlükdə Cənubi Qafqazın, Avrasiyanın, dünyanın təhlükəsizliyini təhdid edir. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov erməni deputatların Avronestin Bakıda keçirilən iclasında qeyri-konstruktiv çıxışlarına münasibət bildirərkən deyib.
PA rəsmisi çox təəssüflə bildirib ki, Cənubi Qafqazda sülh şəraitində yaşamaq istəyən, qonşuların maraqlarını nəzərə alan Azərbaycan, Gürcüstan kimi dövlətlərlə yanaşı, Ermənistan kimi dövlət də var: \"Azərbaycan neçə illərdir dünyaya çatdırmaq istəyir ki, Ermənistanı təmsil edən insanlar qeyri-konstruktivdir və qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış edir\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB