Son günlər Kütləvi İnformasiya Vasitələri tərəfindən Ağdam rayonunda keçirilən müxtəlif tədbirlər üçün rayonun idarə, müəssisə və təşkilatlarından pul vəsaitinin toplanması ilə bağlı bəzi məlumatlar yayılıb. SİA faktı araşdırmaq üçün rayon sakinləri arasında məsələyə münasibət öyrənib. Nəticə heç də qəzetlərdə yazılan kimi olmayıb. Sakinlərin bildirdiyinə görə bəzi qəzetlər oxucularını "təəccübləndimək" üçün dəridən-qabıqdan çıxır, yalan və qərəz dolu məlumatlar yazırlar.
Ağdam Rayon İcra Hakimiyyətiindən də məsələyə münasibət öyrəndik. Məlum oldu ki, rayonda keçirilən tədbirlər zamanı idarə, müəssisə və təşkilatlardan heç bir vaxt pul yığılmayıb və gələcəkdə də keçirilən tədbirlər zamanı idarə, müəssisə və təşkilatlardan pul vəsaitinin yığılmasına yol verilməyəcək: "Yazılanlar yalan və böhtandır, kimlərinsə subyektiv fikirlərinə xidmət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB