ABŞ-da hər bir prezidentliyə namizəd öz müharibəsini düşünür

ABŞ-da hər bir prezidentliyə namizəd öz müharibəsini düşünür

Təklif etdikləri büdcə formaları və seçkiqabağı vədlərinə əsaslanaraq demək olar ki, ABŞ-da prezidentliyə namizədlərdən hansısa hakimiyyətə gələcəyi təqdirdə dünyada yeni hərbi münaqişələr baş verəcək. Bu fikri Birləşmiş Ştatların məhşur bloggerlərindən sayılan Maykl Şedlok səsləndirib.


Dünya iqtisadiyyatı haqqında məhşur bloqun müəllifi olan M.Şedlok Mitt Romninin yeni büdcə layihəsini nəzərdən keçirdikdən sonra yazıb ki, əgər respublikaçıların bu namizədi (digəri Rik Santorumdur. O da öz büdcə layihəsini təqdim edib) seçkidə qələbə qazansa, dünyanın iki müharibəyə hazırlaşması lazımdır.


Respublikaçılar hazırkı prezident Barak Obamanı qeyri-effektiv büdcə siyasəti apardığına və dövlət borclarını artırdığına görə tənqid edirlər. Bu baxımdan Şedlokun fikrincə, büdcə kəsirinin daha çox azaldılmasını nəzərdə tutduğuna baxmayaraq, Romninin planı daha az inandırıcıdır.


M.Romni özünün büdcə çıxışlarını əsasəsn müdafiə xərclərinin azaldılması üzərində qurur. Bu isə dövlət borclarının məhdudlaşdırılmasına dair ötən il demokratlarla əldə olunmuş razılığın pozulmasıdır.


Şedlokun yazdığına görə, respublikaçılar müdafiə xərclərində bölmək və çıxmağı deyil, yalnız əlavə etmək və çoxaltmağı bacarırlar. Demokratlar isə bölməyi bacarırlar, amma axır vaxtlar bunu yalnız şifahi şəkildə edirlər. Hazırda vəziyyət belədir: ABŞ-da müdafiə xərcləri İkinci Dünya Müharibəsi dönəmindən ən maksimum həddə çatıb və 13 ildir ki, bu xərclər artmaqdadır.


B.Obama söz verir ki, əgər qələbə qazansa, qarşıdakı beş ildə ümumi daxili məhsuldan hərbi xərcləri 1,6 faiz azaldacaq, Romni isə planlaşdırır ki, ÜDM-dən hər il hərbi məqsədlərə 4 faiz xərcləsin. Şedlokun hesablamalarına görə, 10 ildə bu, 8,3 trilyon dollar təşkil edir. Halbuki Pentaqonun özünün tələb etdiyi qat-qat azdır. Bloggerin fikrincə, respublikaçıların digər namizədi Rik Santorum də mövcud istiqamətdə Romni ilə həmrəylik nümayiş etdirir.


Şedlok Romninin hansısa keyfiyyətlərini təhlil edərək belə qənaətə gəlir ki, onun böyük hərbi gəmilərdən xoşu gəlir. Hazırda belə gəmilərin hazırlanması üçün Pentaqonun büdcəsindən 9 faiz ayırılır. Romni bu xərci 15 faizə qaldırmağı nəzərdə tutur.


B.Obama əsasən baş verməsi az proqnozlaşdırılan Şimali Koreyanın hücumundan ehtiyatlandı üçün hər il raket hücumundan müdafiəyə 9-10 milyard pul xərcləyir. Romni isə belə demək mümkünsə, hamının hücumuna qarşı raket əlehindən müdafiə sistemi qurmaq niyyətindədir. Şedlok eyni zamanda diqqət çəkir ki, respublikaçıların namizədi ölkənin hər bir nöqtəsinin nüvə silahından qorunması üçün zirehli zona yaratmaq ideyasını irəli sürür. Halbuki bu fikri artıq 1980-ci ildə yaddan çıxarıblar. Belə bir ideyanın reallaşması üçün yeni texnikalara ehtiyac duyulacaq ki, Şedlokun qənaətincə, mövcud durum əlavə xərclərə gətirəcək.


Blogger bildirir ki, ABŞ İraqda təxminən 3 trilyon dollar xərcləyib. Romni bu xərcləri daha da artıracaq. Şedlok prezidentliyə namizədin proqramını təhlil edərək onun hakimiyyətə yiyələnəcəyi halda iki müharibənin - İranla hərbi qarşıdurmanın, Çinlə isə ticarət müharibəsinin başlayacağını vurğulayıb.


Qeyd edək ki, M.Şedlokun demokratlara antipatiyası var. Bununla belə o hesab edir ki, onların, konkret olaraq B.Obamanın hakimiyyətdə qalması hansısa müharibələrin olmaması anlamına gəlmir, amma hazırkı prezident vəziyyəti mürəkkəbləşdirmək yolu tutmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə