“Qış məktəbi” layihəsinin iştirakçıları Qəbələ və Oğuz rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində olublar

“Qış məktəbi” layihəsinin iştirakçıları Qəbələ və Oğuz rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində olublar

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin həyata keçirdiyi "Qış məktəbi"nin iştirakçısı olan gənclər layihə çərçivəsinda Qəbələ və Oğuz rayonlarında yerləşən Heydər Əliyev mərkəzlərində olublar. SİA-nın verdiyi məlumata görə, mərkəzdə gəncləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin həyat fəaliyyətini əks etdirən fotoşəkillərlə tanış ediblər. Ulu öndərin fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolar gənclərin böyük marağına səbəb olub. Bundan başqa gənclər ayrı-ayrı dövrlərdə Ümummilli liderin Qəbələ rayonuna səfərlərini əks etdirən fotoşəkilləri də izləyiblər.


Bütün xəbərlər Facebook səhifəmizdə