ABŞ-la Azərbaycan Qarabağı müzakirə edib

ABŞ-la Azərbaycan Qarabağı müzakirə edib

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Elmar Məmmədyarov Azərbaycanla ABŞ arasında münasibətlərin müsbət templə inkişaf etdiyini diqqətə çatdıraraq, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Erik Rubin beynəlxalq sülhün təmin olunmasında Azərbaycan tərəfinin verdiyi tövhəni yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər arasında enerji sahəsində əməkdaşlıq məsələləri, Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyət, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə istiqamətində aparılan danışıqların son durumu və bir sıra qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə