Səməd Seyidov: “Ermənistanın danışıqlardan yayınması artıq onların siyasətinə çevrilib\" - MÜNASİBƏT
Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlardan yayınması rəsmi İrəvanın artıq siyasətinə çevrilib. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Onun sözlərinə görə, ermənilər artıq danışıqlardan ehtiyat edir və qorxur: "Onların getdikcə mövqeyi zəifləyir. Bu da onu göstərir ki, ancaq beynəlxalq qanun və bu çərçivədə qəbul olunan məsələlərdən uzun müddət imtina etmək mümkün olmayacaq".
S.Seyidov ermənilərin bu siyasətinin bəzi havadarları tərəfindən dəstəkləndiyini də söyləyib: "Ancaq ermənilərin bu siyasəti uzun çəkməyəcək. Əminəm ki, Azərbaycanın bu istiqamətdə apardığı siyasət çox vacib və əhəmiyyətli nəticələr verəcək. Amma buna baxmayarq onlar Ermənilər bütün danışıqlardan – həm Avropa Şurası, həm icmalar, həm də BMT səviyyəsində imtina edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB